xanizmlərindən biri kimi vergi sistemi çıxış edir. Dövlətin vergiqoyulma sahəsində
isə bazar münasibətlərinə bir neçə onilliklər bundan əvvəl daxil olmuş və inkişaf
108
ödəmək hər kəsin borcudur» [8]. Əgər maddənin məzmununa fikir versək, burada
«qanunla müəyyən edilmiş vergilər» ifadəsində ikili məna olduğunu anlayarıq. Belə
ki, vergi qanunla müəyyən olunmalıdır, yəni verginin normativ əsasından söhbət
gedir. Hazırda bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiy-
yatına uyğun vergi sistemi qurulmuşdur.
Vergi sistemi - təşkilati-hüquqi və iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin
məcmusudur.
Azərbaycan Respublikasının vergi sistemi müxtəlif şərtlərdən ibarət elementləri
özündə birləşdirir:
vergiqoyulma prinsipləri sistemi;
vergiqoyulma tərkibi;
vergi və rüsumlar sistemi;
vergi ödəyicilərinin tərkibi;
vergi nəzarəti sistemi;
vergi hüququnun sistemi;
vergi təhlükəsizliyi sistemi;
vergi hüququnun subyektlərinin hüquq və vəzifələrinin tərkibi;
büdcələr arasında vergi daxilolmalarının bölüşdürülməsi qaydası;
vergi münasibətləri iştirakçılarının hüquq və mənafelərinin müdafiə üsullarının
sistemi.
Müasir dövrdə dünyada aşağıdakı vergi sistemi modelləri mövcuddur:
anqlosakson modeli;
avrokontinental modeli;
latınamerikan modeli;
qarışıq model.
Azərbaycan avrokontinental modelinə aiddir.
Dostları ilə paylaş: