REFERAT
Mövzunun aktuallığı: Pedaqoji praktikada, elektron təlim vasitələrinin tətbiqi
müasir təhsil sisteminin inkşaf etdirilməsində aparıcı amillərdən biridir. Bu səbəbdən,
qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və
kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə
olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Bu nöqteyi-
nəzərdən baxılan dissertasiya işində, İKT-nin təlim prosesində tətbiqi , elektron
tədris sistemlərinin effektivliyinin artırılması, nəticə etibarilə təhsilin keyfiyyətinin
yüksəldilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Günümüzdə informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək
yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir çox ölkələrin dövlət
siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya
texnologiyaları sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi,
iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək ictimai münasibətlərin formalaşmasını
təmin etdiyindən, informasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin
inkişafı üçün hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda aktual
məsələlərdən biridir.
Dostları ilə paylaş: |