nformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq
və rəqəmli.İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli
informasiyaların köməyilə fəaliyyət göstərir. Beləliklə, analoq informasiya deyildiyi
kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir,rəqəmli informasiya isə
kompüterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
İ
nformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar,
cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir.
Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
İ
nformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir:
• tamlığı- tam şəkildə təsvir olunmalıdır;
• düzgünlüyü -həqiqəti əks etdirməlidir;
• qiymətliliyi- maksimum az məsrəflə əldə edilməlidir;
• əhəmiyyətliliyi- istifadəçi üçün vacib olmalıdır;
• aktuallığı -cari vaxtda tələb edilən olmalıdır;
• anlamlılığı-istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır.
İ
Dostları ilə paylaş: |