6
Giriş
İ
nsanların baxışları və düşüncə tərzləri dəyişdikcə, elmi nailiyyətlər artdıqca, yeni
informasiya və kommunikasiya texnologiya məhsulları ortaya çıxır və bununla da
dünya iqtisadiyyatının tələbləri dəyişikliyə məruz qalır.Müasir dövrdə İKT-nin inkişaf
etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialinin vacib göstəricilərindən
biridir.Bu prosesin zəruriliyi indiki qloballaşan dövrdə daha cox hiss
olunur.Texnologiyalarin sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün böyük
imkanlar yaradır.
Bu gün informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək yüksək
texnologiyalı milli iqtisadiyyatın yaradılması bir çox ölkələrin dövlət siyasətinin əsas
istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları
(İKT) sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi
və sosial fəaliyyətinə aktiv təsir edərək ictimai münasibətlərin formalaşmasını təmin
edir. İnformasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin inkişafı üçün
hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda əsaas məsələlərdən biridir.
Dünya iqtisadiyyatı daha çox bilik yönümlü olduğundan ölkələrin təhsil
sistemlərindən də məhz bu tələblərə cavab verən sistemlərin qurulmasını tələb edir.
Bu amil inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması üçün sistemli şəkildə
mərhələli islahatların keçirilməsinəsəbəb olmuşdur. Bu islahatlar iki mərhələdə,
2003-cü ildə Cenevrədə,2005-ci ildə isə Tunisdə keçirilmiş İnformasiya cəmiyyətinin
qurulması problemlərinə həsr olunmuşdünya sammitində təhsilin daha çox
informasiyalaşdırılması və modernləşdirilməsi məsələlərinə önəmli yer verilmişdir[13,
s.1-3].
Respublikamizda da bu sahədə ciddi addımlar atılmışdır. 2003-cü ildə prezidentin
sərəncamı ilə İKT-nin geniş tətbiq edilməsi və inkişafı haqqında “Azərbaycan
Respublikasının inkişafı naminəinformasiya və kommunikasiya texnologiyalarının
inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırki dövrdə
7
Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək
prioritetə malik sahə hesab edilmişdir[13, s.1-3].
AR Prezidentinin 2005-ci il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı programı (2005-2007-ci illər)”–nın həyata
keçirilməsi ilə böyük işlər görülmüşdür.
Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci il
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı”ölkəmizdə müasir İKT-ni geniş şəkildə tətbiq etməklə vahid
ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələrinin keyfiyyətli
təhsil almaq imkanının təmin edilməsi məqsədinə xidmət edir.Bu proqram
çərçivəsində boyük bir layihə olaraq “Xalq Kompüter” layihəsi həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil
sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq edilməsi və İKT sahəsində ümumi
maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri
kimi İKT üzrə ən böyük kompaniyalarından biri sayılan MİCROSOFT şirkətinin
dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-
AZƏRBAYCAN kurslarını göstərmək olar.Bütün bunlar göstərir ki, Azərbaycanda
təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi
istiqamətində ciddi addımlar atılmış və bir çox əməli işlər görülmüşdür. Bütün təhsil
pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş, distant təhsil üzrə
eksperimentlər aparılmağa başlanılmışdır.Təhsil portalıformalaşdırılmış,bir çox təhsil
müəssisələrinin saytları yaradılmışdır.Təhsilin idarə olunmasının məlumat
sistemlərinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarının
ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və
kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət
(laborant) kadrlarının hazırlanması üzrə işlər isə aparılmaqda davam edir[13, s.3-5].
İKT-nin təhsil sahəsinə tətbiqi bir sıra vacib olan şərtlərin təminatına, o cümlədən:
8
-
təhsilə geniş şəkildə yanaşmaya;
-
mütəmadi təhsilə və praktiki aşkarlıq prinsipinin reallaşdırılmasına;
-
təhsil prosesinə yardımçı vasitələrin, ayrı-ayrı müəssisələrin və fərdi
vətəndaşların müasir elektron təhsil informasiya resurslarına girişinin təmin
edilməsi hesabına təhsilin effektivliyinin artırılmasına;
-
ali təhsil müəssisələrinin tabeliyində olan təcrübə-layihələndirmə işlərinin və
elmi tədqiqatların inkişafı prosesinin müasirləşdirilməsinə;
-
təhsil sahələrinin idarə olunması effektivliyinin artırılmasına;
-
təhsil və elm sahələrinin xalqlararası kooperasiyasını inkişaf etdirməklə
Azərbaycan təhsilinin xaric edilməsinə və s. imkan yaradır.
Yalnız klassik təhsil formasına istinad edən ənənəvi təhsil informasiya cəmiyyətində
ixtisaslı kadrların hazırlıq keyfiyyətlərinin artırılmasına olan tələblərə, ümumiyyətlə,
kadr siyasətinə cavab verə bilməzdi. İnkişaf etmiş ölkələrdə İKT-nin geniş tətbiq
olunmasına əsaslanan təhsil forması böyük məna kəsb edir.
İ
KT-n təhsil prosesində tətbiq oluması zərurəti aşağıdakı tələblərdən yaranmışdır:
-
təhsil müəssisələrinin müasir hesablama texnikası vasitələrilə zəif təmin
olunması;
-
informatika sahəsində məktəblərin zəif ixtisasltı kadrlarla təmin olunması;
-
çox cüzi sayda məktəblərin (şəhər və kənd) tam şəkildə İnternet şəbəkəsinə
qoşulması.
Hal-hazırda Azərbaycan qlobal telekommunikasiya şəbəkələrinə qoşulmaları sayına
eləcə də bunun üçün ayrılmış kanalların sürət xarakteristikasına görə heç də inkişaf
etmiş qərb ölkələrinin təhsil müəssisələrindən geri qalmır. Müasir kompüterlərin və
kompüter siniflərinin bütün orta ümumtəhsil və ali təhsil müəssisələrinə verilməsi,
informatika sahəsində müəllimlərin hazırlanması, dövlətin təhsil portal sistemlərinin,
elektron kitabxanaların, resurslar mərkəzinin yaradılması və habelə təhsil
müəssisələrinin internet şəbəkəsinə geniş miqyasda qoşulması mümkün olmuşdur.
Aydındır ki, təhsil müəssisələrinin informasiya təhsil resusrlarından istifadə
etmələrinin təmin edilməsi məsələsinin həlli zamanı mövcud telekommunikasiya
strukturlarının elm və təhsil sahələrində maksimal effektiv istifadə olunması tələb
9
olunur. Təhsil prosesində informasiya və telekommunikasiya texnologiyalarının
tədbiqinin dövlət strategiyası şagird və tələbələrin təhsil müəssisələrində
(məktəblərdə və universitetlərdə) və evlərdə informasiya texnologiyalarınageniş
şə
kildə azad girişinin təmin edilməsinə və təhsillə bağlı digər məqsədlərə
nailolunmasına yönəlmişdir.
Təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri də İKT tətbiq
etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin
tətbiqi sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən
normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün
zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası
sisteminin hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil
sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla
təminatının müasir standartlar səviyyəsinə çatdırılması qarşıda duran prioritet
məsələlərdəndir.
Dostları ilə paylaş: |