- 22 -
xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq
proseslərinin elmi-nəzəri əsaslarına vermək məcbu-
riyyətindəyik. Lakin bu, əlbəttə, digər elmlərin sı-
xışdırılması hesabına həyata keçirilməməlidir.
Fundamental və tətbiqi elmlər Ancaq nəzəriyyəni təcrübə ilə birləşdi- rən, nəzəri fikirlərini tətbiq edə bilən və on- lardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insan- lar alimlərin sırasında xüsusi yer tutur.