Heydər Əliyev Elmi fəaliyyət çox ağır və baha başa gələn,
böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö-
yük ölkə belə, elmin bütün sahələrində müasir tələb-
lər səviyyəsində tədqiqat işləri apara bilməz.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq
onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqa-
mətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki,
Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri
müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu isti-
qamətlərə yönəldilməlidir.
Lakin tətbiqi elmlərlə yanaşı fundamental
elmlər də vardır və onlar bir qayda olaraq bütün öl-
kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə-
lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlə-