- 25 -
min inkişaf səviyyəsinə görə ən öncül yerlərdən
birini tuturdu, deməli, bu alimlərin də səviyyəsi
dünya standartları səviyyəsindədir. Hazırda bu mü-
təxəssislər üçün elmi mühit olmadığından və öz sə-
viyyələrinə uyğun maaşla təmin edilə bilmədiklə-
rindən, onların bir qismi işləmək üçün xarici ölkə-
lərə gedir və bəzən həmişəlik orada qalırlar. Bu,
Azərbaycan üçün çox böyük itkidir. Çünki bu
səviyyədə alimlərin yenidən hazırlanması həddin-
dən artıq böyük vəsait tələb edir.
Digər bir səbəb də budur ki, elmi işçilər keç-
miş SSRİ-nin vahid elmi məkanından ayrı düşdük-
lərinə görə öz əvvəlki fəaliyyətlərini davam etdirə
bilmirlər. Bir çox elm adamları öz ixtisaslarını dəyi-
şərək praktik çıxışı olan tətbiqi sahələrə keçirlər.
Bununla da, dünya elmi üçün əslində çox böyük nü-
fuz sahibi olan nadir mütəxəssislər orta elmi perso-
nalın yerini tutmuş olurlar. Bəzi alimlər isə ümu-
miyyətlə elmi fəaliyyətdən uzaqlaşırlar. Bu itkiləri
hesablasaq, Azərbaycanın özünün çox böyük milli
sərvətindən tədricən necə məhrum olduğunu görə-
rik.
Çıxış yolu nədədir? Bu böyük milli sərvəti
necə xilas etmək olar?
Bəziləri çıxış yolunu çox bəsit variantlarda
axtarır. Belə güman edirik ki, sadəcə olaraq büd-
cədən elmə ayrılan vəsaitin artırılması ilə bütün
problemlər həllini tapa bilər.