- 40 -
Diqqəti Azərbaycanın elm və təhsil sistemin-
də narahatçılıq yaradan başqa bir məqama yönəlt-
mək istərdik. Dövlət idarəçilik orqanlarının, nazir-
lik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalı-
şa bilməsi üçün onların nəzdində müvafiq sahə elm- lərinin yaradılmasına və onların fəaliyyətinin mü-
vafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük
ehtiyac var. Belə bir dövrdə bəzi nazirliklər və döv-
lət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar
yaratmaq əvəzinə, təhsil müəssisələri açırlar. Yəni
hərə özü üçün kadr hazırlığını da öz üzərinə götür-
məyə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər
nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifikası-
na uyğun olan əlavə praktik bilik və vərdişləri mə-
nimsəməsi üçün ixtisasartırma kurslarının açılması-
nı və bu kursların məhz müvafiq sahə elminin (elm-
istehsalat birliyinin) nəzdində açılmasını məqsədə-
uyğun hesab edirik. Lakin bunun əvəzinə hər hansı
bir nazirlik bakalavr hazırlayan təhsil müəssisəsi aç-
maq fikrinə düşürsə, bunu müasir tələblərlə heç cür
əlaqələndirmək mümkün deyil. Axı, maşınqayırma,
nəqliyyat, gömrük işi, təhlükəsizlik sistemi, polis,
digər hüquq-mühafizə orqanlarının öz spesifik
fəaliyyəti sahəsi olduğu kimi, təhsil də spesifik bir
sahədir. Və təhsilin də öz elmi-metodoloji bazası
olmalıdır. Belə olan təqdirdə, yəni hər bir idarə, hər
bir praktik fəaliyyət sahəsi özü üçün ali məktəb aça-
caqsa, onda dövlətin təhsil şəbəkəsi, çoxsaylı dövlət