- 39 -
hələri ilə yanaşı, dövlət quruculuğunda; nazirliklər-
də və baş idarələrdə hər bir sahənin öz spesifikasına
uyğun surətdə elmlə bir ittifaq qurması tələb olunur.
Bu «elm» isə əlbəttə, artıq fizika, kimya kimi klas-
sik elmlərin yox, məhz ictimai elmlərin bazasında
yaranacaq sahələrin elmi araşdırılması və müvafiq
elmi idarəçilik mexanizmlərinin formalaşmasına
xidmət edir.
Hazırda bu mexanizmin freyminə, karkasına
formal olaraq bir sıra dövlət qurumlarında rast gəl-
mək mümkündür. Məsələn, Təhsil Nazirliyində
«Təhsil problemləri institutu», Vergilər Nazirliyində
«Elm və tədris mərkəzi» və s. bu kimi elmi qu-
rumlar həmin nazirliklərin və ya baş idarənin fəaliy-
yətinin elmi tənzimlənməsinə, metodoloji və meto-
diki təlimatlar hazırlanmasına, müvafiq sahədə qa-
nunvericilik bazasının möhkəmləndirilməsi üçün la-
yihələr hazırlanmasına və s. xidmət etməlidir. Am-
ma bu qurumlar nə dərəcədə öz funksiyasını yerinə
yetirə bilir, – bu başqa məsələdir. Bizi isə bu mə-
qamda maraqlandıran odur ki, ictimai elmlərin
tətbiqi mexanizmlərini əhatə edən belə elmi qurum-
ların işi AMEA tərəfindən necə koordinasiya olu-
nur? Sualı başqa cür qoysaq, AMEA-dakı nəzəri
tədqiqatlarla bu praktik elmi sahələr arasında üfüqi
və ya şaquli əlaqələr yaradılıbmı? Yoxsa «bu əla-
qələr» ancaq kağız üzərində olub, formal xarakter
daşıyır?