- 35 -
Nəyi isə dərk eləmək, başa düşmək hələ azdır.
Öyrənilənləri həyatda tətbiq etməyi bacarmaq la-
zımdır. Əgər bilik hər hansı fəaliyyət proqramına
daxil edilə bilmirsə, istifadəsiz qalırsa o, passiv ha-
fizəyə keçərək tədricən unudulur, və ya xüsusi sax-
lanma vasitələri ilə (kitab və s.) gələn nəsillərə ötü-
rülür. Bu cür "lazımsız" biliklər "lazımlı bilikləri"
tamamlamaq üçün lazım olur. Yaxud sonradan əldə
olunmuş yeni biliklərlə birləşərək istifadə olunmaq
imkanı əldə edir. "Saxla samanı, gələr zamanı". Bu
el hikməti özünü bilik sahəsində də doğrultduğun-
dan biliklərin sistemə salınması və tətbiqdən asılı
olmadan, nisbi müstəqil bir sərvət kimi yeni nəsil-
lərə ötürülməsi ənənə halını alır. Nəticədə, bir tərəf-
dən, müstəqil elm sahələrinin əsaslarını, fənləri öy-
rədən təhsil sistemi formalaşır, digər tərəfdən, yeni
bilik əldə etmək özü məqsədə çevrilir və nisbi müs-
təqil elmi fəaliyyət sahəsi yaranır. Bir-biri ilə sıx
əlaqədar olan və məntiqi yolla biri digərindən alına
bilən müəyyən qrup biliklər sistemi formalaşır ki,
bunlar da gələcək elmi fənlərin əsasını təşkil edir.
O vaxt ki, hər bir adam yalnız özünə lazım
olan bilikləri öyrənməklə kifayətlənirdi – o vaxt
arxada qalır. Elm sağlam şüur və əxlaqi meyar hü-
dudlarını keçərək özünə münasibətdə yeni düşüncə
tərzi tələb edir. Əgər o dövrdə Sədi öz dediklərinə
əməl etməyən alimi əlində çıraq gəzdirən kora
bənzədirdisə, indi belə korlardan kənarda elmin in-