- 31 -
fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun-
lar konkret yanaşma tələb edir. Məhz buna görə də
əvvəlcə Milli Elmlər Akademiyasının nisbi müstəqil
bir qurum kimi fəaliyyətinin, eyni zamanda univer-
sitet elminin nisbi müstəqil bir proses kimi təşkil
olunmasının qanunda ayrı-ayrı təsbit edilməsindən
deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi
əsaslarının hazırlanmasından çıxış edilməlidir.
Elm və praktika Bilmək hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. R. Dekart Elmin nə dərəcədə səmərəli olması bəzilərinin
Azərbaycan ictimai şüuruna yeritməyə çalışdığı
beynəlxalq indeksasiya göstəriciləri ilə deyil, onun
infrastrukturundakı üç komponent arasında nisbətlə
səciyyələnir.
Söhbət fundamental elmin, tətbiqi elmin və təcrübi-konstruktor işinin (bu sonuncu əslində elmin
bir sahəsi olmayıb, elmlə mühəndisliyin qovşağında
olan fərqli bir sahədir) nisbətindən gedir.
Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti
əsasən “fundamental elm” kateqoriyasına aid olan
sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan xeyli az