- 34 -
nini yaratmaq üçün köhnəni öyrənmək lazımdır. Bu
mənada fundamental tədqiqatlar fundamental təhsil-
lə sıx surətdə bağlıdır. Mahiyyətlər arasındakı bu
əlaqə, təbii ki, təşkilati strukturda da nəzərə alın-
malıdır. İnkişaf etmiş ölkələrdə doğrudan da belə-
dir. Fundamental tədqiqatla fundamental təhsil va-
hid müəssisələrdə – universitetlərdə birləşdirilmiş-
dir. Ölkəmizdə isə bu zərurət unudulmuşdur.
Tətbiqi tədqiqatlar gerçəklik haqqında deyil,
gerçəkliyi dəyişdirməyin yolları haqqında biliklərə
əsaslanır. Bu biliklərin öyrənilməsi sonrakı yaradı-
cılıq üçün zəruri şərtdir. Və deməli, burada bu təd-
qiqatla təhsil vəhdətdə olmalıdır. Lakin burada fun-
damental biliklər yox, tətbiqi biliklər öyrənildiyin-
dən hər bir tətbiqi sahəyə uyğun gələn spesifik ali
təhsil sahəsi vardır. Məsələn, texnoloji ali məktəblər
sahə elmləri ilə, ali tibb məktəbləri tibb profilli təd-
qiqat institutları ilə vəhdətdə olmalıdır (inteqrasiya
getməlidir).
Elmin hər iki qolunun müvafiq ali təhsil sahə-
ləri ilə daxili əlaqəsi inkişaf etmiş ölkələrdə (bəlkə,
əksinə, onların inkişafı elə elmlə təhsilin düzgün
inteqrasiyasının nəticəsidir) nəzərə alınsa da, SSRİ-
də nəzərə alınmamış, elm təhsil sistemindən ayrı
düşmüşdür. Yüzlərlə yüksək ixtisaslı alim biliklərini
gənc kadrlara öyrədə bilməmiş, yüzlərlə professor
əsasən tədrislə məşğul olduğundan elmi yaradıcılıq
potensialını reallaşdıra bilməmişdir.