- 41 -
universitetləri nə üçündür? Mən heç özəl universi-
tetləri demirəm. Şübhə yoxdur ki, hər hansı bir na-
zirlik kadr seçərkən, təbii ki, öz nəzdindəki ali mək-
təbin məzunlarına üstünlük verəcəkdir. Axı, onlar
praktik bilikləri də mənimsəyirlərmiş. Lakin baka-
lavr səviyyəsində təhsil üçün dar ixtisaslaşma bilik-
ləri və praktik-əməli vərdişlərdən daha çox, ümumi
dünyagörüşü, humanitar mədəniyyət, müvafiq sahə-
nin fəlsəfi və metodoloji əsasları öyrədilməlidir.
Bunları kim öyrətməlidir? Humanitar və ictimai
elmlər sahəsində biliklərin verilməsinin bütün ölkə
miqyasında vahid elmi-metodoloji əsasları olmalı
deyilmi?
Bu sahədə vəziyyət nə qədər acınacaqlı olsa
da, nə yaxşı ki, Avropa standartlarına uyğun olan
gözəl nümunələr də vardır. Daha doğrusu, hələlik
tək bir nümunə vardır. Biz Xarici Işlər Nazirliyinin
bu sahədəki praktikasını nəzərdə tuturuq. Neçə il
öncə bu nazirliyin də nəzdində müvafiq Akademi-
yanın açılmasına və burada həm bakalavr, həm də
magistr səviyyəsində tələbə hazırlığına icazə veril-
məsinə baxmayaraq, Ali Diplomatiya Akademiyası
işə bakalavr hazırlığından başlamayaraq, əvvəlcə
müvafiq elmi-metodiki baza yaratmaqla məşğul
olmuş və ancaq bundan sonra nazirliyin öz işçiləri
üçün ixtisasartırma kursları açmış və nəhayət, ma-
gistratura pilləsində tələbə qəbuluna başlamışdır.
Niyə? Niyə digər nazirliklər icazələrini alan günün