- 49 -
koranə dağıtmaq praktikasına son qoyuldu. Bu
tendensiyanın neobolşevik mahiyyətini çox düzgün
qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza
vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.
Yeniliyi, müstəqilliyi, azadlığı “sovetdən nə
qalıbsa dağıtmaq” kimi başa düşənlər təbii ki, təkcə
iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən
Yazıçılar İttifaqını ləğv etmək tərəfdarlarının arqu-
mentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Aka-
demiyasının da keçmişin qalığı kimi qiymətləndiril-
məsi və ləğvi haqqında düşüncələr mənə yaxşı bəl-
lidir.
İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı, təhsili
və ümumiyyətlə istənilən ictimai həyat sahəsini
əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə,
məhz sosializm üçün spesifik bir cəhət idi. Amma
onun çatışmazlıqları ilə yanaşı, üstünlükləri də var
idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliy-
yələşdirmə və mərkəzləşdirilmiş fəaliyyət prinsipi
elmin inkişafı üçün böyük hərəkətverici qüvvə idi.
Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir
şərait arzu edirdilər. A. Eynşteyn deyirdi ki, elm
adamı gərək qazanc barədə düşünməli olmasın,
onun bütün maddi ehtiyacları və qayğıları üzərindən
götürülməlidir. Buna uyğun model isə məhz sosia-
lizm cəmiyyətində formalaşdırılmışdı. Və sosializ-
min bu üstünlüklərindən bəhrələnmiş, dövlət tərə-
findən maliyyələşməyə vərdiş etmiş alimlər üçün