Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə48/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   44   45   46   47   48   49   50   51   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 50 -
başqa  tipli  təşkilati  forma  və  maliyyələşmə  metod-
ları,  təbii  ki,  müəmmalı  və  hətta  qorxulu  görünür; 
xüsusən  də  yaşlı  nəsil  üçün.  Axı,  ənənəvi  sistemdə 
dərəcələr,  ölçülər,  meyarlar  və  müvafiq  maaş  kate-
qoriyaları detallarına və qəpiyinədək müəyyənləşdi-
rilmişdi.  İnkişaf  səviyyəsi  konkret  göstəricilər  və 
titullarla müəyyən edilmiş, dissertasiya işlərinin ya-
zılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş el-
mi  işçiliyə  qədər  bütün  pillələri  keçməklə  reqla-
mentləşdirilmişdi.  İndi  gün  kimi  aydın  olan  bu  sis-
temdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə,  fərdi 
münasibət prinsipinə, konkret nəticəyə-məhsula gö-
rə  maliyyələşmə  mexanizminə,  layihə-qrant  və  mü-
sabiqə  metodlarına  əsaslanan  tamamilə  başqa  me-
yarlar  sisteminə  keçmək,  bildiyini  qoyub  biləcəyə 
getmək risk deyilmi və kim bunu istəyər?  
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. 
Hər  hansı  yeni  bir  təşkilati  forma  gerçək  ictimai 
tələbatdan  ortaya  çıxmalı  və  elmi  üsullarla  əsaslan-
dırılmalıdır.  Yüz  ölçmədən  biçmək  olmaz.  Amma 
köhnə  strukturları  mütləqləşdirmək,  hər  hansı  bir 
yeni  təşəbbüsü  dağıdıcılıq  kimi  dəyərləndirmək  də 
yolverilməz  haldır.  Bütün  sahələrdə  olduğu  kimi, 
elmdə  də,  yəqin  elə  ədəbiyyatda  da  yenilikçilərlə 
ənənəçilər  arasında  mübarizə  labüddür.  Bir  daha 
təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təmə-
lin  üzərində  qurulmaqla,  məhz  onun  öz  içərisindən 
bir  daxili  zərurət  kimi  cücərib  çıxmaqla,  həqiqi  bir 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin