- 58 -
“qol-budaq” müstəqil surətdə tətbiq olunmaq imka-
nına malik deyil. Böyük elmin faydasını ancaq bö-
yük dövlətlər görə bilirlər.
Bəs “öz elmi” olmaq iddiasında olan və olma-
yan xalqların ümumbəşəri elmin nailiyyətlərindən
faydalanmaq imkanları nə dərəcədə fərqlidir? Bu,
xüsusi bir sualdır. Biz belə incəliklərə və təfərrüata
getmədən, sadəcə bu fikri vurğulamaq istəyirik ki,
istənilən sahədə olduğu kimi, ümumbəşəri elmdən
faydalanmaq məsələsində də milli maraqların müəy-
yənləşdirilməsi ancaq fəlsəfənin və ictimai elmlərin
köməyi ilə mümkündür. Bu baxımdan, ölkəmizdə
müxtəlif elm sahələri arasında, xüsusən fəlsəfə, tə-
biət elmləri və cəmiyyətşünaslıq arasında optimal
münasibətlərin müəyyənləşdirilməsinə böyük ehti-
yac vardır. “Azərbaycan” qəzetinin bu məsələlərə
diqqət göstərməsi də, bizcə, təqdirəlayiq bir haldır
və zamanın tələbi kimi dəyərləndirilməlidir. Aka-
demik Fikrət Əliyevin Dr. Şahin Ağayevlə birlikdə
yazdığı “Elmi kadr hazırlığının problemləri”
1
adlı
məqaləsində həqiqətən bir sıra ciddi problemlərə to-
xunulmuş, ən azı statistik göstəricilər haqqında mə-
lumat verilmiş, ölkəmizdə təbiət və ictimai elm sa-
hələrində mövcud duruma ümumi nəzər salınmış və
bu sahələr arasında konkret rəqəmlər əsasında mü-
qayisələr aparılmışdır. Məqalədə aparılan təhlillərin,