İ ctimai elmlərə iki fərqli münasibət Müstəqillik əldə etdikdən sonra Azərbaycanda
dövlət quruculuğu sahəsində qazanılmış böyük
nailiyyətlər, ölkədə ictimai-siyasi sabitliyin təmin
edilməsi, sonrakı illərdə iqtisadiyyatın hərtərəfli in-
kişafı və bu sahədə keçid mərhələsinin başa çatdırıl-
ması indi qarşımızda açılan yeni inkişaf mərhələ-
sindən xəbər verir. Bu yeni mərhələdə uğurlu strate-
giya hazırlaya bilmək üçün ölkənin bütün intellek-
tual potensialının səfərbər olunması və vahid məq-
səd ətrafında birləşdirilməsinə böyük ehtiyac yaran-
mışdır. Yeni dövr bütün dünyada olduğu kimi,
Azərbaycanda da qabaqcıl ideyaların, intellektin
prioritetliyi dövrüdür. Artıq yüksək iqtisadi bazis
yaratdıqdan sonra Azərbaycan dövləti bu yeni təməl
üzərində inkişaf etmiş ölkələrə xas olan ictimai tə-
rəqqi modelinə keçmək əzmində olduğunu sübuta
yetirməlidir. “Biliklərə əsaslanan cəmiyyət” modeli
ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrində artıq
özünü doğrultmuş və yeni inkişaf perspektivləri
açmışdır. Əlbəttə, bu modelin əsasında ilk növbədə
dəqiq elmlərin, təbiətşünaslığın uğurlu tətbiqi sayə-
sində texniki elmlərin və yeni texnologiyaların in-
kişaf etdirilməsi, elmi-texniki inqilabın nailiyyətlə-
rinə əsaslanan elm tutumlu sənayenin xüsusi çəki-
sinin artırılması, təsərrüfatın bütün sahələrində yeni