Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə53/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   49   50   51   52   53   54   55   56   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 56 -
informasiya  texnologiyalarından  istifadə  edilməsi 
dayanır.  Yəni  burada  söhbət  humanitar  və  ictimai 
elmlərdən  deyil,  fundamental  və  tətbiqi  elmlərdən, 
habelə  texniki  innovasiyalardan,  yeni  texnologiya-
lardan, nou-haulardan gedir.  
Onda sual oluna bilər ki, biz bu yeni mərhələ-
yə  qədəm  qoymaq  istəyərkən  nəyə  görə  elə  birbaşa 
təbiət  elmlərindən  deyil,  humanitar  və  ictimai  elm-
lərin vəziyyətinə münasibətdən başlamalıyıq? 
Bax, ən əsas məsələ də elə budur ki, cəmiyyə-
tin  ümumi  inkişaf  tendensiyalarını  araşdırmadan, 
yaşadığımız  dövrün  ümumi  səciyyəsini  vermədən, 
hər  bir  intensiv  iqtisadi və  texnogen  inkişaf  mərhə-
ləsindən  sonra  cəmiyyətin  daxili  ahəngini  təmin  et-
mək  üçün  xüsusi  tədbirlər  görmədən,  yeni  keyfiy-
yətli  elmi-texniki  və  iqtisadi  islahatlara  başlanması 
arzu  olunan  nəticələrə  gətirməyə  də  bilər.  Biz  tex-
niki  inkişafdan  daha  dəyərli  olan  mədəni-mənəvi 
sərvətlərimizi risk altına ata bilmərik.   
Ona görə də, böyük iqtisadi reformaları bütün 
nailiyyətlərin əsasında dayanan insan amilini nəzər-
dən  qaçırmadan,  texnogen  sivilizasiyanın  birtərəfli 
qaydada  inkişafından  dolayı  mənəvi  dəyərlərin  sı-
xışdırılmasına  yol  vermədən  həyata  keçirmək  tələb 
olunur.  Amma  yaranan  vəziyyətin  təhlili  nə  göstə-
rir?  Böyük  iqtisadi  nailiyyətlər  müqabilində  huma-
nitar  və  ictimai  elmlər  sahəsində  inkişaf  tempi  çox 
aşağıdır  və  cəmiyyətimizin  ahəngdar  tərəqqisinə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin