- 63 -
təəssüf ki, Akademiya neçə illərdir ki, məhz bu yolu
tutur.
Kim isə dissertantların və dissertasiyaların
sayının çoxluğunu humanitar-ictimai elmlərə diqqət
və qayğının çoxluğu kimi dəyərləndirirsə, bununla
heç cür razılaşmaq olmaz. Hər şey tam tərsinədir.
Bu iki sahəyə fərqli münasibətin həqiqi simasını
görmək istəsək, uzağa getməyərək, elə AMEA-nın
struktur bölgüsündə onun çox aydın ifadəsini tapa
bilərik.
Uzun müddətli fasilədən sonra – 2001-ci ildə
Akademiyaya seçkilərin keçirilməsi, ona Milli EA
statusu verilməsi, Akademiyanın yeni rəhbərliyinin
seçilməsi elmdə nəhayət ciddi islahatlar aparılaca-
ğına ümid yaratdı. Lakin, təəssüf ki, bu barədə
gözləntilər özünü fərqli istiqamətlərdə “doğrultdu”.
SSRİ-dən ayrıldıqdan sonra bütün sahələrdə müs-
təqil inkişaf siyasətinin həyata keçirilməsinə uyğun
olaraq, elm sahəsində də milli maraqlara xidmət
edən yeni siyasət yürüdüləcəyi, Milli EA-nın ilk
növbədə millət və dövlət maraqları istiqamətində
yenidən qurulacağı gözlənilirkən, Akademiyanın bir
qrup rəhbərləri dövlətin mənafeyini, elmin məna-
feyini güdmək əvəzinə, məhz bir qurum olaraq Aka-
demiyanın “mənafeyini”, yəni onun ənənəvi struk-
turunun mühafizəsini önə çəkdilər. İslahat isə
bundan ibarət oldu ki, milli maraqların müəyyənləş-
dirilməsinə xidmət etməli olan ictimai elmlər daha