- 66 -
özünümaliyyələşdirmə istiqamətində intensiv fəaliy-
yəti kimi qələmə verilirdi. Və bu zaman Akademi-
yada qazancın saxta yolla kadr hazırlığı və ya digər
qeyri-elmi yollarla deyil, məhz təbiətşünaslıq və
texniki elmlərin tətbiqi sayəsində əldə edilməli ol-
duğu nə üçünsə yaddan çıxırdı. Ümid etmək olar ki,
indi bu vəziyyətin düzəldilməsi istiqamətində az-
çox iş aparılır. Vəziyyətdən çıxış üçün dissertantu-
raya qəbul Nazirlər Kabinetinin nəzarətinə götürül-
müşdür. Bəs elmin gəlirləri sahəsində vəziyyət ne-
cədir? Axı bütün dünyada elm ən rentabelli sahələr-
dən biri sayılır. Elmə qoyulan hər bir manat ən azı 5
dəfə artıq gəlir gətirir. Təsadüfi deyildir ki, dövlət
başçısı da ölkənin iqtisadi inkişafında, gələcəyin ka-
pital ehtiyatının formalaşmasında neft gəlirlərindən,
ümumiyyətlə təbii sərvətlərdən və hətta qeyri-neft
sektorundan daha çox, insan potensialına, intellek-
tual kapitala xüsusi önəm verir. Prezident İlham
Əliyev deyir: “Bu gün qabaqcıl ölkələrin təcrübəsi-
nə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm
müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğ-
rafi vəziyyət deyil, məhz intellektual kapital, məhz
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”.
Deməli, biz ilk növbədə elmin (təbiət elmləri və tət-
biqi elmlərin) iqtisadiyyatın strukturuna necə daxil
olması və intellektual potensialın kapitala necə çev-
rilməsi barədə düşünməli və ancaq bunu nəzərə al-
maq şərti ilə humanitar-ictimai elmlərin statusu və