- 74 -
ən azı bu istiqamətdə işlərin getdiyinə əmin olmaq
istərdik. Təəssüflə qeyd etməliyəm ki, AMEA-nın
ictimai elmlər sahəsində elmi-tədqiqat institutlarının
illik hesabatlarını və gələcək “planlarını” dinlədik-
dən sonra bu məsələdə olub-qalan nikbin gözlən-
tilərim də itib-getdi.
Lakin diqqəti məsələnin başqa tərəfinə də
yönəltmək olar. İndi müzakirələr Ramiz müəllimin
yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan
bir qədər əvvəl isə R.Mehdiyev mətbuatda milli mə-
nəviyyatımızla bağlı olan və aktuallığına görə on-
dan geri qalmayan başqa məsələlər qaldırmışdı.
Ondan da əvvəl fəlsəfi fikrin müasir düşüncədə ro-
lundan bəhs edən fundamental bir məqalə ilə çıxış
etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağ-
lıdır. Biz isə bəzən akademikin hər təzə əsəri çap
olunanda, sanki əvvəlkiləri unudur və bütün prob-
lemlərimizə ancaq son məqalənin işığında nəzər
salmağa çalışırıq. Belə münasibət də əslində bizim
fəlsəfi düşüncədən daha çox, operativ publisistik
düşüncəyə meylli olduğumuzu, uzunmüddətli, stra-
teji araşdırmalardan daha çox, impulsiv reaksiyalara
üstünlük verdiyimizi göstərir.
İctimai və humanitar elmlərin qarşısında du-
ran vəzifələr həddindən artıq çoxdur. Müstəqillik
elan olunduqdan üzü bəri, ictimai proseslər davam
etsə də, sosial elmlər hələ də axtarışdadır. Əlbəttə,
axtarış yaxşı şeydir, elmin əsas şərtlərindən biridir.