Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə72/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   68   69   70   71   72   73   74   75   ...   151
N 73

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 75 -
Amma bizdə axtarış hələ ki, özünü axtarmaq səviy-
yəsindədir.  Sovet  dövründə  özünüdərkə  xidmət 
edən metodologiyadan total surətdə imtina olunduq-
dan  sonra  ictimai  elmlər  özünü  hələ  də  tapa  bil-
məmiş,  stabil  bir    məcraya  düşməmişdir;  o  hələ  də 
öz predmetini və funksiyalarını “təzələməklə” məş-
ğuldur. 
Metodologiya  məsələsi,  əlbəttə,  böyük  məsə-
lədir,  strateji  sahədir.  Amma  əvvəlcə  nədən  başla-
maq lazım olduğunu müəyyənləşdirməliyik.  
Məncə, hazırda ictimai elm nümayəndələrinin 
qarşısında  duran  yaxın  və  uzaq  vəzifələr  fərqləndi-
rilməlidir.  
Cari vəzifələr üç istiqamətdə qruplaşdırıla bilər: 
Birincisi, akademik Ramiz Mehdiyevin ancaq 
axırıncı məqaləsindən deyil, son illərdə çap etdirdiyi 
və yeni ictimai gerçəkliyin elmi-nəzəri tədqiqi üçün 
metodoloji baza rolunu oynaya biləcək əsərlərini bir 
sistem  halında  nəzərdən  keçirmək,  bu  əsərlərdə 
onun  rəhbər  tutduğu  vahid  ideya  xəttini  müxtəlif 
sahələrə ekstrapolyasiya etmək və həmin metodoloji 
əsasda yeni məsələlər ortaya qoymaq.  
İ
kincisi, akademik Ramiz Mehdiyevin əsərləri 
bütün  sonrakı  tədqiqatlar  üçün  təkcə  metodoloji 
baza  yox, həm də bir stimul, ilk qığılcım olmalıdır. 
Yəni onun müzakirələri, indi olduğu kimi, artıq qo-
yulmuş  problemlərin  sadəcə  təsdiqi  və  genişləndi-
rilməsi  ilə  məhdudlaşmamalıdır;  biz  bu  sahədə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin