- 77 -
strateji hədəflərə uyğunlaşdırılması, bütün bu sa-
hələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.
Dördüncüsü, siyasi və hüquqi mədəniyyətin
formalaşdırılması, milli-fəlsəfi fikir ənənələri ilə
müasir Qərb fəlsəfəsinin sintezindən çıxış etməklə
ictimai və humanitar fəaliyyət sahələri üçün meto-
doloji baza yaratmaq.
Bütün bu şərtlərin ödənməsi üçün isə öncə
fəlsəfi dünyagörüşü ilə ictimai elmlərin konkret mə-
sələləri arasında əks-əlaqə sistemi yaradılmalıdır.
Digər tərəfdən də, cəmiyyətşünas alimlərin müvəq-
qəti yox, müntəzəm tribunası olmalıdır. Televiziya
kanallarının bu məsələyə ayda-ildə bir dəfə yer ver-
məsi ilə ictimai rəyin formalaşdırılması mümkün
deyil. Nəzərə alınmalıdır ki, təbiət elmlərindən fərq-
li olaraq sosial elmlər ictimai şüurla sıx surətdə bağ-
lıdır. Yəni elmi tədqiqatlarla elmi-publisistik fəaliy-
yət paralel getməlidir.
Təəssüfləndirici haldır ki, elm adamlarının öz
analitik yazılarını operativ şəkildə çap etdirməyə
qəzet və jurnalları yoxdur. O boyda AMEA-nın or-
qanı heç həftədə bir dəfə də çıxmır. İldə bir-iki dəfə
çıxan və ya çıxmayan jurnallar da təbii ki, belə
aktual problemlərin işıqlandırılmasına imkan ver-
mir; məqalə işıq üzü görənə qədər aktuallığı itir. Di-
gər tərəfdən bu sahədə yazılan işlər sadəcə disser-
tasiya müdafiəsi üçün olmayıb, ictimai praktikada