- 78 -
tətbiq üçün nəzərdə tutulursa, deməli yenə də ope-
rativliyə böyük ehtiyac var.
Bəs onda necə olsun? Biz elə “Azərbaycan”
qəzetinəmi ümid bəsləməliyik? Axı, bu qəzet Aka-
demiyanın yox, Milli Məclisin orqanıdır və sırf elmi
yazılar çap edə bilməz. Akademikin məqaləsinə ilk
reaksiyanın da məhz Milli Məclis üzvləri tərəfindən
verilməsi təsadüfi deyil. Çünki onların ictimai-si-
yasi hadisələrə və ictimai şüura operativ müdaxilə
etmək vərdişləri var. Bəs AMEA-da, Dövlət İdarə-
çilik Akademiyasında, BDU-nun müvafiq fakültə-
lərində və digər elm-təhsil müəssisələrində məskun- laşmış və əsas vəzifəsi ictimai elmlərin inkişaf etdi-
rilməsindən ibarət olan alimlər ordusu necə, – bu
çağırışa operativ cavab verə bilirlərmi? Heç olmaz-
sa, hər hansı bir hərəkət hiss olunurmu?
Axı, yeni paradiqmanı əvvəlkindən fərqləndi-
rən əsas xüsusiyyətlərdən biri də siyasi tərəfkeşliyin
operativ surətdə nümayiş etdirilməsindən tədricən
ciddi elmi araşdırmalara, bu araşdırmaların müntə-
zəm və dayanıqlı bir prosesə çevrilməsinə, müvafiq
elmi-tədqiqat institutlarının və qurumlarının bütün
potensialının səfərbər olunaraq real ictimai proses-
lərin elmi proqnozuna yönəldilməsindən ibarətdir.
Bizdə tək-tək şəxslər hər hansı bir sahədə xü-
susi fəhm və istedad nümayiş etdirə bildiyi kimi,
elmdə də tədqiqatçı fərdlər bəzən çox yüksək nətic-
ələr göstərə bilirlər. Yəni bizim fərdi-genetik poten-