- 69 -
tında artıq iki oxunuşdan keçmiş layihə bütövlükdə
və tamamilə Akademiya haqqında qanunu xatırla-
dır. Universitet elmi və sahə elmlərinin heç adı da
çəkilmir. Bu da ölkəmizdə elmin daxili bölgüsündə
yaranmış disproporsiyanın artıq ictimai şüurda da
möhkəmlənməsinin nəticəsidir. Görünür, Akademi-
ya divarları arasında olmaq və dövlət büdcəsindən
daha çox maliyyə ayrılmasına çalışmaq, yaxud buna
nail ola bilmədikdə sosial narazılıq mənbəyi yarat-
maq daha asan işdir. İstehsalat birlikləri nəzdində
fəaliyyət göstərərək milli iqtisadiyyatımızın konkret
ehtiyacları üçün çalışmaq və real tətbiqi nəticələr
göstərmək isə bir qədər çətindir.
Təəccüblü görünən odur ki, bəs universitetlər
niyə səsini çıxarmır? Əvvəllər həm fundamental
elmlərin, həm də humanitar-ictimai elmlərin inkişa-
fında aparıcı mövqe tutan ali məktəblər niyə indi öz
işini əsasən tədrislə məhdudlaşdırır və bütün sahə-
lərdə koordinasiya səlahiyyətinin haqlı-haqsız Aka-
demiyaya verilməsinə soyuqqanlılıqla yanaşır? Mə-
sələn, hüquqşünaslığın ağırlıq mərkəzi açıq-aşkar
şəkildə BDU olduğu halda, müvafiq elmi sahənin
koordinasiyası niyə Akademiyaya tapşırılmalıdır?
Belə misallar çox çəkmək olar, amma görünür,
Təhsil Nazirliyi «elə təhsil də bizə bəsdir» prinsi-
pindən çıxış edir. Çünki indi təhsil elmdən daha
«prestijlidir», çiynini əlavə bir yükün altına vermə-
yə nə hacət?! Təsadüfi deyil ki, Akademiyanın