- 67 -
səmərəsi haqqında söhbət açmalıyıq. Yeri gəlmiş-
kən, bu sahənin səmərəsi, elmdən fərqli olaraq, iqti-
sadi meyarlarla deyil, ideoloji və mədəni-mənəvi
meyarlarla ölçülməlidir. Qərb anlamında humanitar
sahə heç vaxt elm kimi qiymətləndirilmir və bizim
işlətdiyimiz “humanitar elmlər” ifadəsinin dəyərlən-
dirilməsində də elmə aid tələblərdən və meyarlardan
çıxış edilmir. Ümumiyyətlə bizdə humanitar və ic-
timai elmlərin bir papaq altında qruplaşdırılması
özü də kökündən səhv bir yanaşmadır.
Dövlət idarəçiliyində elmin (science) huma-
nitar sahəyə aid edilməsi də ancaq Şərq ölkələrində
mümkündür. Belə ki, Qərbdə elm bilavasitə gəlir
gətirməyən və buna görə də, dövlət maliyyələşmə-
sinə möhtac olan, bütün dəyəri insana və insanlığa
xidmətdən ibarət olan humanitar sahələrdən fərqli
olaraq, özünü maliyyələşdirən və üstəlik gəlir gəti-
rən yüksək rentabelli bir bölüm kimi iqtisadiyyatın
strukturuna daxil olur. Onun maliyyələşməsi və gə-
tirdiyi gəlirlər də böyük korporasiyaların fəaliyyəti
çərçivəsində tənzimlənir. Hətta universitet elminin
maliyyələşməsində də həmin böyük iqtisadi qurum-
lar maraqlı olduqlarından, həmin ölkələrdə universi-
tetlərlə korporasiyalar arasında sıx bir əks-əlaqə
mövcuddur.
İndiki dövrdə qarşımızda duran vəzifə də
nəinki humanitar və ictimai elmlərin funksiyalarını
bərpa etmək, habelə bütünlükdə Akademiya, univer-