FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə88/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   84   85   86   87   88   89   90   91   ...   179
Vergilər Və Vergitutma

4. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət 
 
 
Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinə  əsasən  müəyyən 
ediolmiş  vergi  ödəyiciləri,  vergi  agentləri  və  onların  nümayəndələri, 
habelə  vergi  orqanlarının  vəzifəli  şəxsləri  vergi  qanunverciliyinin 
KitabYurdu.az 
65


pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət 
Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
 
Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs 
həmin  qanunverciliklə  bağlı  hüquq  pozuntusunun  törədilməsinə  görə 
məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 
 
Bu  müddət  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 
08  aprel  2002-ci  il  tarixli  qərarı  ilə  yalnız  aşağıda  göstərilən  vergi 
qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunur: 
 
- vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim 
etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) 
qərarına əsasən 40 manat maliyyə sanksiyası tətbiq edilir
 
-  verginin  (o  cümlədən  ödəmə  mənbəyində  verginin  hesabatda 
göstərilən  məbləği  verginin  hesabatda  göstərilməli  olan  məbləğinə 
nisbətən  azaldılmışdırsa,  habelə  büdcəyə  çatası  vergi  məbləği  hesabat 
təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya 
yayındırılmış  vergi  məbləğinin  50  faizi  miqdarında  maliyyə  sanksiyası 
tətbiq edilir; 
 
-  Vergi  Məcəlləsində  göstərilən  müddətdə  vergi  orqanında  uçota 
alınmaq üçün və ya Vergi Məcəlləsində göstərilən müddətdə olduğu yer 
yaxud  yaşadığı  yerin  dəyişməsi  barədə  ərizənin  verilməməsinə, 
həmçinin  digər  uçot  məlumatlarında  dəyişiklik  haqqında  məlumatın 
təqdim  edilməməsinə  görə,  habelə  “Fərqlənmə  nişanı”  olmadan 
avtomobil  nəqliyyatı  vasitələri  ilə  sərnişin  və  yük  daşımasına  görə  40 
manat miqdarında maliyyə sanksiyası tətbiq edilir. 
 
-  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada  vergilər  üzrə 
borcların  və  faizlərin  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  dövlət 
büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın 
verildiyi  tarixdən  vergi  ödəyicisi  tərəfindən  onun  kassasından 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulmuş 
hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 
məxaric əməliyyatları aparıldıqda aparılmış məxaric əməliyyatlarının 50 
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 
 
-  vergi  ödəyicisi  tərəfindən  ƏDV  üzrə  qeydiyyat  məcburi  olduğu 
halda,  qeydiyyat  olmadan  fəaliyyət  göstərilməsinə  görə  vergi 
ödəyicisinə  ƏDV  üzrə  qeydiyyat  olmadan  fəaliyyət  göstərdiyi  bütün 
dövr  ərzində  büdcəyə  ödənilməli  olan  ƏDV  məbləğinin  50  faizi 
miqdarında maliyyə sanksiyası tətbiq edilir. 
 
- ƏDV  məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv 
edildiyi  halda  ƏDV  üzrə  vergi  hesab-fakturasının  təqdim  edilməsinə 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin