FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə89/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   85   86   87   88   89   90   91   92   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
66


görə  vergi  ödəyicisinə  təqdim  edilmiş  vergi  hesab-fakturasında 
göstərilmiş  vergi  məbləğinin  100  faizi  miqdarında  maliyyə  sanksiyası 
tətbiq edilir. 
 
Banklara  və  bank  əməliyyatlarının  ayrı-ayrı  növlərini  həyata 
keçirən  digər  kredit  təşkilatlarına  aşağıdakı  maliyyə  sanksiyaları  tətbiq 
edilir: 
 
-  vergi  orqanı  tərəfindən  hüquqi  şəxsə,  fərdi  sahibkara,  filiala  və 
nümayəndəliyə  vergi  orqanı  tərəfindən  verilən  şəhadətnamə-dublikat 
olmadan  sahibkarlıq  fəaliyyətini  göstərən  hüquqi  və  fiziki  şəxslərin 
hesablaşma hesabı və ya digər hesablar açdığına görə - hər açılmış hesab 
üçün 400 manat məbləğində; 
 
-  sahibkarlıq  fəaliyyətini  göstərən  hüquqi  və  fiziki  şəxslərin 
hesablaşma və ya digər hesabında, o cümlədən valyuta hesabında vəsait 
olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər 
üzrə  borcların,  faizlərin  və  maliyyə  sanksiyalarının  vergi  ödəyicisinin 
hesabından  Mülki  Məcəllədə  nəzərdə  tutulmuş  ödənişlərin  növbəliyinə 
uyğun  tutulması  haqqında  vergi  orqanlarının  sərəncamlarını  icra 
etmədiyinə  görə  -  icra  edilməmiş  həmin  ödəmə  tapşırıqlarında  və  ya 
sərəncamlarda göstərilən məbləğin 20 faizi. 
 
Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada 
tutulduğu  halda  bank  həmin  gün  Milli  Bankın  müəyyən  etdiyi  rəsmi 
məzənnə ilə sərəncamında göstərilən məbləğin 105 faizinədək hesabdakı 
valyuta  vəsaitini  doldurur.  Valyuta  vəsaiti  vergi  ödəyicisi  tərəfindən 
manata  konvertasiya  edildikdən  sonra  sərəncam  icra  olunur.  Bu  halda 
vergi  ödəyicisindən  banka  və  ya  bank  əməliyyatlarının  ayrı-ayrı 
növlərini  həyata  keçirən  digər  kredit  təşkilatına  müvafiq  tapşırıq  və  ya 
sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz 
hesablanmır. 
 
Məsuliyyətə cəlbetmə müddətləri İnzibati Xətalar Məcəlləsinin 36-
cı və Cinayət Məcəlləsinin 75-ci maddələrində də göstərilmişdir. 
Vergi qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalara görə 
inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə 
bilər. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri isə 2 və 7 ildir.                 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin