insan tərəfindən qavranılması və anlaşılmasıdır.
İnsanların bir-birlərini qavramaları.
Sosial-psixoloji tədqiqatlar göstərir ki, insanlar bir-birini qavrayarkən, bir tərəfdən,
özlərinin fiziki simasını, digər tərəfdən sosial simasını qavrayırlar.
I. Fiziki simanın qavranılması haqqında.
İnsanlar bir-birini qavrayarkən, adətən, zahiri görkəmin: “boy”, “göz”, “saç”, “qaş”,
“bədən” və s. kimi atributlarına diqqət yetirirlər. Bu, qanunauyğun cəhətdir. İnsanın
fiziki simasının elementləri olduqca çoxdur. Lakin psixoloji tədqiqatlar göstərir ki,
insanın insan tərəfindən qavranılması prosesində onların hamısı eyni dərəcədə rol
oynamır. Bu baxımdan bəzi elementlərin, xüsusilə “saç”, “göz”, “burun”, “dodaqlar” və
sairin əhəmiyyəti daha böyükdür. Onlar insanın insan tərəfindən qavranılmasının
|