Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 120
aydınlıq gətirmək üçün onun sosial-psixoloji məzmununa diqqət yetirmək lazımdır. Bu
baxımdan elmi ədəbiyyatda, o cümlədən, sosial-psixoloji ədəbiyyatda attraksiyanın
mahiyyəti ilə bağlı bir-birindən fərqlənən müxtəlif yanaşmalar mövcuddur. Bu
məsələləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür. Fikrimizcə qеyd еdilən
fenomenin mahiyyətinə aydınlıq gətirmək üçün аşаğıdаkı məsələlərə diqqət yеtirmək
zəruridir:
1. Attraksiya (latınca attrahere-cəlb etmək) başqa insana münasibətdə
emosional komponentin, başqa sözlə, affektiv qiymətləndirmənin üstünlük təşkil etdiyi