Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 121
Attraksiya fenomenini tədqiq edən alimlər anlayışın psixoloji mahiyyətinə
aydınlıq gətirmək üçün onun daxili və xarici amillərinə xüsusi diqqət yetirirlər.
I. Attraksiyanın xarici faktorları 1. Afilyasiya. Attraksiyanın xarici amillərindən biri kimi afilyasiyaya təlabat
hesab olunur. Hər bir insanda başqaları ilə qarşılıqlı münasibət qurmaq və onu
saxlamağa tələbat vardır. Belə ki, insanlarda xoşa gəlmək arzusu, başqalarının
diqqətini cəlb etmək istəyi, müsahibini maraqlandırmağa meyl var (3, s.198).
Görünür bu təlabatın ifadə dərəcəsi hər bir insanda şəxsiyyətlərarası davranışının
tipini özündə əks etdirir. Əgər insanda afilyasiyaya tələbat zəifdirsə onda bu insan
ünsiyytə girməyə meyilli deyil və tədricən insanlardan uzaqlaşır. Bu təlabatı üstün
olan insanlar digər insanlarla ünsiyyətdə olmağa daha çox çalışırlar.
2. Emosional əhval. Ünsiyyətin konkret situasiyasında emosional əhvala attraksiyanın xarici faktoru kimi o vaxt baxılır ki, sənin əhvalın ətrafdakı insanlara
yaxşı təsir göstərsin. Bu istiqamətdə aparılan tədqiqatlar təsdiq edir ki, o insanlar ki,
müsbət emosianal əhvalda olurlar, onlar ətrafdakı insanlarda da da müsbət
emosianal hal yaradırlar. İnsanlarda olan neqativ enerji ya başqa adamlara təsir
etmir, ya da həmin neqativ əhvali – ruhiyyə o adamlara keçir. Belə olan halda biz
başqalarına da o cür münasibət bəsləyirik və bizə elə gəlir ki, onlar da bizə elə
münasibət bəsləyirlər. Bu bizim emosional vəziyyətimizin bir hissəsidir və müxtəlif
faktorlarla o cümlədən xarici mühitdə baş verən amillərlə bir başa əlaqədardır
3. Məkan yaxınlığı. Attraksiyanın xarici faktorlarından biri də məkan yaxınlığı sayılır. Təbidir ki, insanlar bir-birilərinə məkanca nə qədər çox yaxın olsalar, qarşılıqlı
cəzb etmə bir o qədər çox olur. Məkan yaxınlığı şəxsiyyətlərarası kontaktın
yaranmasında mühüm rol oynayır. Hələ uşaqlıq vaxtından onun formalaşmasına hər
şeydən əvvəl onun yaxın dostları və həmyaşıdları, bir evdə və ya bir binada
yaşayanlar, həmçinin bir sinifdə oxuyanların təsiri olur. Adətən insanlar özlərinə ailə
həyatı qurarkən ya bir - birinə yaxın olan ya da bir yerdə oxuduğu və işlədiyi insanları
seçirlər (4, s.87).
Məkan yaxınlığı insanların münasibətlərinin davam etməsinə təsir göstərir.
Insanlar məkanca bir-birindən uzaqlaşdıqca onların bir-birinə qayğı göstərmələri,
məhəbbətləri və çox böyük olan dostluq münasibətləri ya azalır, ya da sona çatır.
Atalar sözlərində deyildiyi kimi “İnsanlar bir-birini nə qədər az görsələr, bir o qədər
bir-birinə yadlaşırlar” (5, s. 195).