Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə242/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   238   239   240   241   242   243   244   245   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
126
b)  doğma  və  yaxın  adamların  bir-birini  (məsələn,  ananın  və  ya  atanın  öz 
övladlarını) alqışlaması və qarğışlaması; 
c) ayrı-ayılıqda adamların özlərini alqışlaması və qarğıması. 
Güzəran təcrübəsində alqış və qarğışların birinci tipi geniş yayılıb.  
Yaxşılıq edən adamı alqışlayırdılar: Allah səni yaman gözdən saxlasın, Allah səni 
bizə çox görməsin, Allah sənə bala dağı göstərməsin, oğullu-qızlı olasan, atalı-analı 
böyüyəsən, balanın toyunu görəsən, süfrən bərəkətli olsun, qada-bala səndən uzaq 
olsun, evli-eşikli olasan, evin qonaq-qaralı olsun, görüm yüz il yaşayasan... 
 Pislik  edən  adamı  isə  qarğıyırdılar:  Allah  qapılarını  bağlı  qoysun,  balalarının 
xeyrini görməyəsən, duz-çörək sənin gözlərini tutsun, işığa həsrət qalasan... 
Əgər  alqışlarla  qarğışları  kəmiyyət  baxımında  müqayisə  etsək  güzəran 
təcrübəsində alqışların daha önəmli yer tutduğunu görərik. 
Qarğışlar psixoloji təsirin ən ağır vasitəsidir. Eldə-obada qarğışı sevmirlər, qarğış 
edəni isə rəğbətləndirmirlər. İllah da ki, cavan adamı, eldə-obada ad çıxarmış, yaxşı 
əməlləri  ilə  tanınmış  adamı  qarğıyasan.  Bu  məqamlarda  ağbirçək  qadınlar,  müdrik 
nənələr qarğış edənə “ağzın yansın”, “dilin qurusun”- deyirlər. 
Elin-obanın  qarğış  barədə  öz  anlamı  var.  Qarğışın  iki  tərəfi  olar-deyərlər. 
Təcrübədə inanmışdılar ki, qarğış adamın özünü tuta bilər. El bu anlamla da adamları 
yerli-yersiz qarğımazdılar. 
Doğma  və  yaxın  adamların  qarşılıqlı  münasibətlərində  alqışların  tutumlu  yeri 
vardır.  Nənə,  ana  alqışları  psixoloji  ölçüləri  ilə  bənzərsizdir.  Ailə  münasibətlərində 
konfliktli  situasiya  yarananda  isə  qarğışlardan  çox  vaxt  təsirli  tərbiyə  vasitəsi  kimi 
istifadə olunurdu. Elin-elatın gözündə ananın öz övladını qarğıması əslində qeyri-adi 
sosial-psixoloji hadisə sayılırdı. 
Xalq  inamına  görə  uşağı  ananın  qarğışı  deyil,  atanın  qarğışı  tutur.  Bu  atalar 
sözünün iki əlavə yozumu var. Bir sirli-sehirli qaydadır: analar öz övladlarını “gözlərinin 
işığı” sayırlar, öz xoşbəxtliklərini onların xoşbəxtliklərində axtarırlar və heç vaxt onları 
ürək dolusu qarğımırlar. Ən başlıcası isə, el inanclarına görə, “ananın südü söylədiyi 
qarğışın  qarşısınə  alır,  onu  təsirsizləşdirir”.  Elin-elatın  anlamında  ana  südü  səmavi 
ölçülərlə mənalandırılır. Ananın duası, alqışı isə necə də təsirlidir?! Türk anlamında bir 
ana duası yeddi kişi qarğışını heç edir. 
Atalar övladlarına bir qayda olaraq dua edirlər, onları qarğımırlar. Ata duasının 
eldə-obada  əks-sədası  böyük  olurdu.  Ataların  duası,  anaların  ahı-ata  duası  ilə  ana 
ahının təsir gücünü eldə-obada belə dəyərləndirirdilər. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin