Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə241/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   237   238   239   240   241   242   243   244   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
125
kütləviləşmiş və geniş yayılmağa başlamışdı. İnsanlar nəinki and içir, həm də bir-birinə 
and verirdilər, yaxın adamı hansısa yoldan çəkindirir, nəyi isə etməyə təhrik edirdilər. 
Səni  and  verirəm  Allahın  əziz  adına,  səni  and  verirəm  ananın  südünə...Səni  and 
verirəm!  Bu  sözlər  böyükdən  kiçiyə,  hamı  üçün  təsirli  idi.  Anda  baxmayan,  öz 
əməlindən çəkinməyən adamlar elin-obanın gözündə hörmətdən düşürdü. 
2. Alqışlar və qarğışlar  
Güzəran təcrübəsində psixoloji təsirin özəmli vasitəsi kimi alqışlar və qarğışlar 
da mühüm yer tutur. Onlar uzun müddət folklorşünaslıq yönümündə öyrənilmişdir. Son 
zamanlar  alqışlar  və  qarğışlar  pedaqoji  axarda  da  araşdırımağa  başlanmışdır. 
Psixoloji aspektdə isə, demək olar ki, tədqiq olunmamışdır. 
Elmi araşdırmalar göstərir ki, alqışlar və qarğışlar öz kökü ilə əski etiqadlar və 
bədii anlamlarla sıx əlaqədardır. Onların (“Başına dönüm”, “Qurban olum”, “Ayağının 
altında ölüm”, “Səni görüm alov aparsın” və s.) etimoloji təhlili bunu aydın əks etdirir. 
B.Abdullayevə görə, qədim zamanlarda adamlar bu fikirdə olublar ki, alqış və qarğışı 
söyləməyə  yuvarladan,  onları  həyata  keçirən  elə  ruhlardır.  Onun  fikrincə,  olsun  ki, 
“alqış”  ifadəsindəki  “al”,  “qarğış”dakı  “qara”  da  əslində  elə  ruh  adlarıdır.  Birinci 
xeyirxah, ikinci isə bəd əməllər qoruyucusudur. 
Müxtəlif alqış və qarğışların (qurbanın olum, ayağının altında ölüm, başına kül 
ələnsin,  başına  daş  düşsün  və  s.)  təhlili  göstərir  ki,  onlar  xalqın  mifik  təfəkkürü  ilə 
bilavasitə bağlıdır. 
 Əfsun-ovsuna,  sözün  sehrli  qüvvəsinə  etiqadın  çox  güclü-qüvvətli  olduğu  bir 
şəraitdə  insanlar  alqış  və  qarğışın  həyata  keçiriləcəyinə  inanmış,  “onun  nahaq, 
ünvansız söylənilməsi ilə böyük fəlakətin baş verəcəyi” zənnində olmuşlar. Xüsusilə 
qarğışdan  ehtiyat  etmiş,  qorxmuş,  “qarğışın  törədəcəyi  qada-balanı  sovuşdurmağa 
cəhd etmişlər”. 
 Alqışlar mahiyyətcə konyuktiv, qarğışlar dizyunktiv hisssləri ifadə edir. Özünün 
bu xüsusiyyətinə görə onlar şəxsiyyətlərarası münasibətlərin təkcə afektiv çalarlarını 
deyil, həm də koqnitiv cəhətlərini şərtləndirir və bilavasitə davranış yönümündə əks 
olunurlar. 
Qarğışın  psixoloji  müdafiə  axarında  da  özünəməxsus  mənası  var:  insanlar 
kimisə qarğıyanda, ürəklərini boşaldırlar, təskinlik tapırlar (“Qurban olasan filankəsə”, 
“Ayağımın altında öləsən” və s.). 
Psixoloji yönümdə alqışların və qarğışların üç tipini fərqləndirmək olar:  
a) müxtəlif həyati situasiyalarda rastlaşmış adamların;  



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin