Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 123
3. Oxşarlıq. B.Dizraeli adlı bir nəfər yazıb (Böyük Britanyanın sabiq baş naziri,
XIX əsrin sonu) sənə xoş gələn insan o insandır ki, o, sənin fikirlərinlə razılaşır.
Müəyyən müddət keçdikdən sonar bu sözlər elmi tədqiqatlarda təsdiq edildi: bizə o
insanlar xoş gəlir ki, onlar bizə oxşayır, bizə o insanlar xoş gəlmir ki, onlar bizdən
fərqlənir. Bunun əsasında şəxsiyyətlərarası kommunikasiya dayanır.
Kommunikasiya – informasiyanın bir şəxsdən digər şəxsə ötürülməsidir. Əgər X-a
A və B-nin baxışları və hissləri eynidirsə, onların münasibətləri simmetrikdir. Əgər
onların X-a baxışları və hissləri fərqlidirsə, onda onların münasibətləri asimmetrikdir. Başqa sözlə onlar eyni ariyentasiyaya malik ola bilər. Beləliklə oxşar
baxışları olan adamlar bir-birini cəzb edirlər.
Gərginlik - insanların baxışlarının müxtəlifliyinə səbəb olur ki, bu da diskonfortun
yaranmasına gətirib çıxarır. Bu zaman insan özündə olan davranışını dəyişərək
başqasının davranışına uyğun hərəkət edir.
Kommunikativ akt nəzəriyyəsinin tərəfdarları öz yanaşmalarında sxematik
modeldən istifadə edir. + işarəsi müsbət hissləri, - işarəsi isə inkaredici hisslərin
istiqamətini göstərir.
Baxmayaraq ki, oxşar məqsədlər insanları yaxınlaşdırır, hərdən məhz oxşarlıq
faktoru şəxsiyyətlərarası attraksiyanı aşağı salır. Məsələn: eyni məqsədi olan iki rəqib
bir-birinə nifrət edirlər (məs: qısqanclıq, iki insanın baxışlarının eyni olmasına
baxmayaraq, bu onlar arasında qarşılıqlı cəzbetməsi üçün şərt deyil).
4. Şəxsiyyətin özünü ifadə etməsi. Şəxsiyyətlərarası attraksiyanın vacib
elementlərindən biri də ünsiyyət prosesində şəxsiyyətin özünü ifadə etməsidir.
Aristotel yazırdı ki, insanlar o insanları sevir, kim ki, onlara yaxşılıq edir və qayğısına
qalır. Bu baxt attraksiya müsbət fəaliyyətin cavabı kimi baş verir, lakin nə vaxt ki,