Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 122
Hər şeydən əvvəl bir sıra tədqiqatçılar məkan yaxınlığını şəxsiyyətlərası
attraksiyanın faktoru olduğunu ona görə qeyd edirlərki, onlar bir sosial iqtisadi
mühitdə və eyni sosial infrastukturdan istifadə edirlər. Nəticədə onlar eyni məsələ və
problemləri həll edir, bu da onların sosial kontaktlarını yaradır və ola bilər ki, həm də
bir-birlərinə kömək edirlər. Qeyd edilənlərdən sonra onların arasında şəxsi yaxınlıq
yaranır (4, s.221)
II. Attraksiyanın daxili faktorları 1. Fiziki cazibədarliq. Fiziki cazibədarliq attraksiyanın daxili faktorlarindan
biridir. Gözəl insanlar bizim xoşumuza gəlirlər. İnsanlar seçim edərkən özünə inamı
olanlar daha qəşəng partnyor, özünə inamı olmayanlar isə ya orta, ya da aşağı
səviyyədə olnları seçirlər.
Tanışlığın ilk mərhələsində bu prosesə fiziki cazibədarlıq yüksək səviyyədə
təsir etsə də, bəzən münasibətlərin uzun ömürlü olmasını təmin etmir. Bəzən
insanlar bir - birlərinin şəxsi keyfiyyətlərini öyrəndikcə bu onların münasibətlərinin
aşağı enməsinə də səbəb ola bilər.