Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
2. Ünsiyyətdə nümayişkaranə stil. Attraksiyanın daxili faktorlarından biri də
ünsiyyətdə nümayişkaranə stildir. İnsanlarla ünsiyyətdə kimsə bizə daha çox xoş
gəlir, nəinki başqaları. Ünsiyyətdə o insanlar bizə daha çox xoş gəlirlər ki, onlar
mehriban, ürəyiaçıq, incə, ünsiyyətcil, iradəlidirlər.
Bu istiqamətdə aparılan tədqiqatların nəticəsinə aşağıda göstərilən üç tip keyfiyyət müəyyənləşdirdi:
1. Bu insanlar özünüsevən, yüksək iddialı, dikbaş, özündən razı və
şöhrətpərəst olurlar. Belə insanlarla iş görmək insana xoş gəlmir. Çünki o ən çox
özünü fikirləşir, nəinki başqalarını..
2. Bu insan avtoritardır, həmişə öz həmsöhbətinin fikirlərini inkar edərək onunla
razılaşmır. O birinci tipə oxşayır - hansı ki, onu başqa adamın hissi və baxışları
maraqlandırmır, o öz arzusunu onların üzərində təzahür etdirmək istəyir. Onun
təhqiredici davranışı adətən ya görüşərkən fitnəkarlıq edir, ya özünü eşitməyən, sakit
bir tərzdə aparır ya neqativ münasibətini nəinki saxlayır hətta gücləndirməyə səy
göstərir.
3. Bu insan ikiüzlü ya da qeyri səmimidir, ünsiyyət prosesində onda təhlükəl
hiss baş qaldırır (o məndən nə istəyir, görəsən, o mənim söhbətimi kiməsə deyəcəkmi,
?) ki, o məndən hansısa məqsədi üçün istifadə etmək istəyir…