Microsoft Word Sosial Psixologiya docx


sosial  yönəlişliyin  xüsusi  növüdür



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə233/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   229   230   231   232   233   234   235   236   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

sosial  yönəlişliyin  xüsusi  növüdür.  İnsanlar  bir-birini  sadəcə  olaraq  qavramırlar, 
həm də bu prosesdə onlarda bir-birinə qarşı müəyyən münasibət formalaşır. Bir-birini 
qiymətləndirmə  nəticəsində  insanda  başqasına  qarşı  ya  müsbət,  ya  mənfi  hisslər 
yaranır.  Bu  zəmində  də  özünəməxsus  münasibət  yaranır.  Sosial  psixologiyada  bu 
cəlbetmək bахımındаn təhlil olunur. 
2. İnsan cəmiyyətdə, başqa insanlarla münasibətdə olmazsa onun bir şəxsiyyət 
kimi  inkişafı  və  formalaşması  da  mümkün  deyil.  Bu  isə  öz  növbəsində  ünsiyyət 
prosesində  özünü  büruzə  verir.  Ünsiyyətin  perseptiv  tərəfi  insanların  bir-birini 
anlaması  və  qavraması  prosesi  olub,  ünsiyyətdə  bir  insanın  başqa  insanla  dil 
tapmasını, həmrəyliyini və s. müəyyən edir. 
3.  İnsanların  bir-birini  qavraması  prosesində  emosional  münasibətlərin 
dəyişməsi attraksiya adlanır. Məsələyə bu aspektdən yanaşdıqda aydın olur ki, bu 
attraksiyanın  öyrənilməsi  ilə  bağlı  eksperimental  tədqiqatlarda  dostluq  və  bağlılıq 
hisslərinin  formalaşması  mexanizmi,  müsbət  emosional  münasibətlərin  yaranma 
səbəbləri,  xüsusilə  qavrama  obyekti  və  subyektində  olan  oxşar  xüsusiyyətlərlə 
əlaqələndirilir. 
4.  Bir  sıra  tədqiqatçılar  (Eynşvart,  Durkin,  Bolvelbu  və  başqaları)  insаnlаr 
arasında  olan  interpersonal  münasibətlərin  yaranmasında  attraksiyanın  mühüm  rol 
oynadığını  xüsusi  qeyd  etmişlər.  Onların  fikrincə  şəхsiyyətin  inkişafında  və  onda 
identiklik  hissinin  yaranmasında  attraksiyanın  mühüm  rolu  vardır.  Bu  baxımdan 
attraksiya  -  şəхsiyyətin  sosial  münasibətlərinin  formalaşmasında  və  mühitə 
adaptasiyasında mühüm əhəmiyyət kəsb edir.  
5.  Bir  sıra  tədqiqatlarda  (biheviorist  və  koqnitiv  tədqiqatlarda)  attraksiyanın 
inkişafında ictimai, tarixi amillərin rolu ön plana çəkilir və problem bu aspektdən təhlil 
edilir.  Lakin  burada  daha  çox  fenomenə  birtərəfli  şəkildə  yanaşılmış  və  şəxsiyyət 
amilinə kifayət qədər diqqət yetirilməmişdir. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin