Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 127
İnsanın özünün özünü alqışlaması və ya qarğıması isə onun özünü
qavramasında və dərketməsində özünməxsus vasitədir. Güclü affektiv reaksiyalarla
müşaiyət olunan bu vasitələr psixoloji avtoportretin və “Mənlik şüuru”-nun formalaş-
masında tutumlu rol oynayır.
Andlar, alqışlar və qarğışlar mahiyyətcə birbaşa təsir vasitələri kimi əmələ
gəlmişdir. Güzəran təcrübəsində tədricən onlardan dolayı təsir vasitələri kimi də
istifadə etməyə başlamışdılar.
Yerin də qulağı var, - deyərlər. Söz yerdə qalmazdı, alqış və qarğış sahibinə
çatardı. Ən başlıcası isə bu söz-söhbət elin-obanın gözündə onun hörmətinə,
nüfuzuna böyük təsir göstərirdi. Qonum-qonşu alqış sahibini təriflər, qarğış sahibini
isə qınayırdı.