Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə245/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   241   242   243   244   245   246   247   248   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
128
Psixoloji  sirayət  nədir?  Müxtəlif  dini  ekstaz,  kütləvi  psixoz  hadisələri,  ritual 
rəqslər, əhəmiyyətli idman yarışları və ya panika (küyə düşmə) şəraitində adamların 
davranış və rəftarını xatırlayın. Bu zaman insanlarda kütlə halında hərəkət edən 
başqa  adamların  təsiri  ilə  müəyyən  psixi  halətlər  yaranır.  Məsələn,  stadionda 
idman  ehtirasları  qızışdıqda  ən  sakit  tamaşaçı  belə  asanlıqla  kütləyə  qoşulub 
qışqırmağa,  yersiz  hərəkətlər  etməyə  başlayır.  Bu  proses  şüusuz,  qeyri-ixtiyari 
xarakter daşıyır. Psixoloji sirayət halları hər hansı bir informasiyanın və ya davranış 
örnəyini şüurlu surətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun əsas mexanizmini kütlə 
şəraitində əmələ gələn müəyyən emosional halətlərin adi zəncirvari reaksiya modeli 
üzrə bir adamdan başqasına verilməsi təşkil edir. 
Psixoloji  sirayətin  xarakteri  və  səviyyəsi  müxtəlif  amillərlə  şərtlənir.  Təsadüfi 
(yanğın  zamanı  küçəyə  yığılmış  camaat),  ekspressiv (dəfn mərasimi),  konvensial 
(futbol oyunu tamaşaçıları) və ya fəal kütlədə (məsələn, təbii fəlakət zamanı xilas olan 
kənd camaatı) psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır. 
İnsanın  ontogenetik  inkişafının  maraqlı  xüsusiyyətlərindən  biri  hisslərin 
intellektuallaşması  prosesi  ilə  bağlıdır.  Yaşı  artdıqca,  uşağın  idrak  fəaliyyəti  inkişaf 
edir,  idrak  proseslərinin  inkişafı  zəminində  isə  onun  emosional  həyatında  mühüm 
dəyişikliklər baş verir: uşaq sevinəndə də, ağlayanda da hər şeyə tədricən ağlın gözü 
ilə baxmağa başlayır. Hisslərin intellektuallaşması dedikdə, adətən bu cəhəti nəzərə 
alırlar. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin