Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə248/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   244   245   246   247   248   249   250   251   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Təlqinin dərəcəsi suqgerandın özünün psixi inkişaf səviyyəsindən də asılıdır. 
Təlqin  şəraitində  adamların  yaş,  cins  xüsusiyyətləri  zəminində  spesifik  cəhətlər 
meydana  çıxır.  Yaşlılara  nisbətən  uşaqların  təlqinə  asanlıqla  qapılması  faktından 
tərbiyə praktkasında geniş istifadə olunur. Yorğun, fiziki cəhətdən zəifləmiş adamlar 
təlqinə nisbətən asanlıqla qapılırlar. 
Təlqin psixoloji sirayət ilə bağlıdır, lakin müəyyən xüsusiyyətlərinə görə ondan 
fərqlənir. Burada əsas cəhət ondan ibarətdir ki, psixoloji sirayət zamanı böyük bir insan 
kütləsi qeyri-mütəşəkkil surətdə eyni emosional halətlə yaşamağa başlayır. Təlqin isə 
təktərəfli prosesdir: o, suqgestorun və suqgerandın eyni emosional halətlə yaşamasını 
nəzərdə tutmur, tuta da bilməz. Həmin prosesi düzgün xarakterizə etmək üçün təlqinin 
inandırmadan fərqini, qısa da olsa, xatırlamaq məqsədəuyğundur. 
İnandırma - məntiqə əsaslanır. O, intellektual təsir vasitəsi kimi informasiyanın 
müstəqil surətdə təhlil olunmasını nəzərdə tutur. Bu zaman informasiyanı qəbul edən 
şəxs nəticəni nəinki hazır şəkildə qəbul etmir, əksinə, onu özü çıxarır. Məhz buna görə 
də inandırma psixoloji cəhətdən elə qurulur ki, informasiyanı qəbul edən şəxsin bu və 
ya digər nəticə ilə razılaşması üçün qoyulan məsələ məntiqi surətdə əsaslandırılır. Bu 
baxımdan təlqin inandırmadan köklü surətdə fərqlənir; o, intellektual təsir kimi deyil, 
emosional-iradi təsir kimi meydana çıxır. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin