7.3. Təlqin və təqlid sosial-psixoloji fenomen kimi İnsanlar ünsiyyət prosesində bir-birinə nəinki sadəcə olaraq məlumat verir və ya
bir-birini inandırır, həm də müəyyən bir fikri bir-birinə təlqin edirlər. Təlqin üçün
səciyyəvi cəhət ondan ibarətdir ki, bu zaman hər hansı bir adamın bir nəfərə və ya bir
neçə adama verdiyi informasiya onların tərəfindən qeyri-tənqidi surətdə qavranılır.
Təlqin prosesində iki tərəf iştirak edir:
1. Suqgerand - təlqin olunan
2. Suqgestor - təlqin edən
Təlqin insanlara qədim zamanlardan məlum olsa da, onun mexanizmləri hələ
kifayət qədər öyrənilməmişdir. Təlqin prosesini hətta ən ümumi şəkildə xarakterizə
edərkən diqqəti, birinci növbədə, belə bir cəhət cəlb edir ki, təlqin şəraitində
informasiya, adətən, bir adamdan başqasına emosional çalarlarla verilir; bəzi
psixoloqlar, məsələn, B.D.Parıgin bu cəhəti nəzərə almır və təlqin prosesini adətən
verbal proses kimi təhlil edirlər. Məsələnin belə qoyuluşunun birtərəfli olduğunu