Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 129
göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, təlqin prosesi nə qədər verbal
xarakter daşısa da, bu zaman sözlə təsir prosesində paralinqvistik (səsin keyfiyyəti,
diapazonu, tonallığı və s.) və ekstralinqvistik (pauza, öskürmək, ağlamaq, gülmək,
nitqin tempi və s.) vasitələr mühüm rol oynayır. İnformasiya mübadiləsinin emosional
çalarları da mimika, pantomimika və jestikulyasiya ilə yanaşı paralinqvistik və
ekstralinqvistik vasitələrlə də ifadə olunur. Suqgerandın (təlqin olunanın) informasiya
mənbəyinə qeyd-şərtsiz inanması, etimad bəsləməsi, hər şeydən öncə bu cəhətlə
bağlıdır. Bundan başqa, təlqin şəraitində suqgestorun (təlqin edənin) nüfuzu mühüm
təsir vasitəsi kimi özünü göstərir. Emosional təsir vasitələri ilə yanaşı suqgestorun
şəxsiyyəti və onun təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində “inam effektinin”
yaranmasında həlledici rol oynayır.
Təlqin prosesində informasiyanın qeyri-tənqidi qavranılması, şüurlu nəzarətin
zəifləməsi də, ilk növbədə inam effekti ilə izah olunmalıdır. Əgər informasiyanın
verilməsi prosesində inam effekti yaranmırsa, adamlar başqalarının onlara
göstərdikləri təlqinedici təsirlərə müxtəlif yollarla müqavimət göstərirlər. Buna
psixologiyada əkssunqestiya deyilir.