Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
6. Eksperiment metodu və onun növləri Eksperiment metodu ayrı-ayrı kəmiyyətlər arasında səbəb-nəticə münasibətləri ancaq
eksperiment metodu ilə müəyyən olunur.
Eksperiment metodun əsas xüsusiyyətləri:
- səbəb-nəticə əlaqələri haqqında informasiyanı müəyyən edir
- bu zaman tədqiqatçı eksperiment iştirakçılarını təsadüfi surətdə müxtəlif situasiyalara
salır və şəraitin identik olmasını təmin edir
- bir və ya bir neçə faktoru (asılı olmayan kəmiyyətləri) dəyişir
- ancaq o biri faktorları olduğu kimi saxlayaraq onlara nəzarət edir.
Eksperiment prosesində iki qrup - eksperimental və kontrol qruplar yaradılır.
Eksperimental qrupun materialları kontrol qrupun materiallarına nəzərən təhlil olunur.
Sosial-psixoloji eksperimentin iki əsas komponenti olur:
1. asılı olmayan kəmiyyət - dəyişən kəmiyyətdir
2. asılı kəmiyyət - ölçülən kəmiyyət deyilir
Tədqiqatçı asılı olmayan kəmiyyəti - dəyişir və ya variantlaşdırır, bu zaman o yoxlayır
ki, asılı olmayan kəmiyyət başqa faktorlara necə təsir göstərir.
Asılı kəmiyyətə ölçülən kəmiyyət deyilir. Asılı kəmiyyətə ona görə belə deyirlər ki, o bir
qayda olaraq asılı olmayan kəmiyyətin dəyişdirilməsindən asılıdır. Bu kəmiyyəti tədqiqatçı