Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
24
4. Çox vaxt sərf olunur və hər şeyidə müşahidə etmək mümkün deyildir.
Müşahidənin nəticələri, etibarlı, əsaslanmış və dəqiq olmalıdır. Adətən sosial psixoloji
tədqiqatlarda müşahidədən ayrı-ayrılıqda deyil, eksperiment, sorğu, sənədlərin öyrənilməsi və
başqa metodlarla birlikdə istifadə olunur.
4. Arxiv materiallarının təhlili
Arxiv materiallarının təhlili
- müşahidənin özünəməxsus növü hesab edilir. Bu zaman
tədqiqatçı arxiv materialları, məs. gündəlikləri, romanları, jurnal və qəzetləri, toplanılmış
sənədləri nəzərdən keçirir və onların məzmununu təsvir edir. Əgər tədqiqatçının məqsədi hər
hansı sosial fenomeni təsvir etməkdən ibarətdirsə, müşahidə bu baxımdan ən səmərəli üsuldur.
Lakin onun məhdud cəhətləri və çatışmamazlıqları da vardır. Əvvala ona görə ki, davranışın
müəyyən növlərini sadəcə olaraq müşahidə etmək mümkün deyil, məsələn intim həyat
hadisələrini. Bundan başqa müşahidə üsulu bir qayda olaraq hələ öyrənilən sosial fenomenlərin
mahiyyətini, sosial-psixoloji qanunauyğunluqlarını açıqlamaq imkanı vermir. Bu məsələləri
araşdırmaq üçün tədqiqat prosesində müşahidə üsulları ilə birlikdə korrelyasiya və eksperiment
metodlarından istifadə olunur.
Məsələn. Uşaqlar televizorda müxtəlif zorakılıq hallarını görürlər. Görəsən, bu zorakılıq
hallarının miqdarı ilə uşaqlarda müşahidə olunan aqressivlik halları arasında əlaqə var? Bu
sualı müşahidə üsulu vasitəsilə açıqlamaq mümkün deyil. Onu araşdırmaq üçün korrelyasiya
metodundan istifadə etmək lazımdır.
Dostları ilə paylaş: