Testlərin müxtəlif növləri var: 1. Müvəffəqiyyət testləri
2. İntellekt testləri
3. Kreativ testlər
4. Şəxsiyyət testləri
5. Proyektiv testlər.
Müvəffəqiyyət testinin - köməyi ilə yoxlananların konkret bilik, bacarıq və vərdişlərə
yiyələnmə dərəcəsi aşkara çıxarılır.
Intellekt testləri - yoxlanılanların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir.
İntellekt testləri haqqında ilk fikir Halton (1822 - 1911) tərfindən irəli sürülmüşdür. Sonralar
fransız psixoloqu Alfred Bine ilk psixoloji testləri yaratmışdı (1905). Əqli yaş anlayışından istifadə edən V.Ştern əqli koeffisenti aşağıdakı formulla ölçməyi müəyyənləşdirmişdir.
İ Q = əqli yaş / xronoloji yaş x 100
Hal-hazırda psixodiaqnostik tədqiqatlarda: D.Vekslerin şkalasından, Proqressiv Raven
matrisasından, R. Amtxauerin “Əqlin strukturu”, Q.Y.Ayzenqin “öz qabiliyyətinizi yoxlayın”
və s. testlədən geniş istifadə olunur.
Intellekt testlərindən fərqli olaraq xüsusi qabiliyyət testlərindən də istifadə olunur. Bu
cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki ) malik
olduqları aşkara çıxarılır.