Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 30
yoldaşlarının adının nə qədər çəkilməsində görmək olar. Kontent analiz metodundan yalnız
xüsusi hazırlığı olan şəxs istifadə etməlidir.
9. Kross mədəni tədqiqatlar Hər bir xalqın özünəməxsus bənzərsiz mədəniyyəti vardır və şəxsiyyət bu mədəniyyət
kontiniumunda doğulur, böyüyür. Görəsən hər hansı mədəniyyət məsələn. Amerika
mədəniyyəti çərçivəsində aparılmış sosial psixoloji tədqiqatın nəticələri başqa mədəniyyətlər
tutaq ki, Fransa, Almaniya və ya Azərbaycan mədəniyyəti axarında da özünü eyni ölçülərlə
göstərir?
Kross-mədəni tədqiqatlar əsasən 2 yönümdə aparılır.
a) Müxtəlif mədəniyyətlər arasında müqayisəli araşdırmalar təşkil olunur. Bu
müqayisələrin ana xətti oxşarlığına, müxtəlif xalqların sosial psixoloji durumunda universal
məziyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır.
b) Hər bir xalqın mədəniyyəti, başqa sözlə tərcümeyi-halı üçün səciyyəvi elmi
özünəməxsus xüsusiyyətlər müəyyənləşdirilir. Əsas psixoloji proseslərin formalaşmasına və
inkişafına mədəniyyət hansı önəmli ölçülərlə təsir göstərir? Kross-mədəni araşdırmalarda bu
sual əsaslı təhlil olunur. Psixi qanunauyğunluqların formalaşmasında mədəniyyət faktoru