Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 35
ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun
gələcək davranışının istiqamətini proqnazlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.
Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, psixi inkişaf iki mərhələdən keçir və onun iki səviyyəsini ayırd etmək olar.
1. Təbii səviyyə
2. Mədəni səviyyə
Təbii səviyyə - psixikanın filogenezdə bioloji təkamülünün məhsuludur. Mədəni səviyyə - psixikanın növün ontogenezdə mədəni – tarixi inkişafının məhsuludur.
Psixikanın yüksək səviyyəsi fərdin öz mədəni dünyasını yaratmaqla meydana gəlir,
həmin dünyanı inikas etdirmək zərurətindən yaranır və öz növbəsində mədəni və təbii aləmin
yeni keyfiyyətdə dərk edilərək dəyişilməsinə səbəb olur. Beləliklə, insan üçün “dünyanın
mənzərəsi” və “obrazı” yaranır. Insanın “dünyanın obrazını” necə yaratmasından asılı olaraq
onun öz “dünyasının obrazı” təşəkkül tapır. Bu iki obraz arasındakı əlaqə və asılılıq dialektik
vəhdət təşkil eədrək bir-birlərini şərtləndirirlər.
Insanın həmin dünyaya daxil olması, daha doğrusu, həmin dünyadakı münasibətlər
sisteminə daxi olması və o münasibətləri mənimsəməsi və dərk etməsi fərdin şəxsiyyətə
çevrilməsi, şəxsiyyət kimi inkişafı prosesidir. Fikrimizcə, fərd dünyanın mənzərəsini
yaradarkən həmin sistemdə sərvət dəyərlərini hansı ardıcıllıqla düzürsə, həmin ardıcıllıqda
mənimsəyərək özünün sərvət dəyərləri sistemini yaradır. Ona görə şəxsiyyətin psxioloji
mahiyyətini araşdırmaq üçün bu iki “obrazın” psixoloji mahiyyəti, mexanizm və
qanunauyğunluqları öyrənilməlidir.
Şəxsiyyət - bioloji, sosial və psixoloji münasibətləri inteqrasiya edərək fərdin
özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ
bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof.B.Əliyev).
Şəxsiyyət - keçmişin şüursuz meylləri və gələcəyə şüurlu yönəlmənin
qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov).
Ümumiyyətlə, şəхsiyyət dеdikdə, hər şеydən əvvəl, fərdi bu və yа digər cəmiyyətin üzvü
kimi хаrаktеrizə еdən sоsiаl kеyfiyyətlərin sistеmi nəzərdə tutulur. О, münаsibət subyеktinə,
şüurlu fəаliyyət subyеktinə çеvrilir. Yəni, şəхsiyyət аncаq şüur və mənlik şüurunun yаrаnmаsı
ilə birlikdə əmələ gəlir. Şəхsiyyət – yüksək düşüncəsi, öz hərəkət və dаvrаnışlаrı üçün
məsuliyyət hissini, şəхsi ləyаqəti və bаşqа yüksək mənəvi kеyfiyyətləri özündə birləşdirən
insаndır. Şəхsiyyət – müstəqil, sоsil, fəаl оlаn аdаmdır. Əgər şəхsiyyət öz mаhiyyətinə görə
sоsiаldırsа, mövcudluq üsulunа görə fərddir.