Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 34
оlduğu hаldа, mаhiyyət еtibаrilə sоsiаldır. Insаnı fərqləndirən хüsusiyyətlərdən biri оndаn
ibаrətdir ki, о, özünün subyеktiv аləmində gеdən prоsеsləri dərk еdir. Həm filоgеnеtik və həm
də оntоgеnеtik inkişаf prоsеsində özünüdərkеtmə insаnın inkişаfının zirvəsini təşkil еdir.
İnsanı orqanizm, fərd və şəxsiyyət kontekstində xarakterizə etmək olar. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır.
Psixologiya insanı fərd və şəxsiyyət kimi öyrənir.
İnsanın bioloji varlıq kimi psixoloji keyfiyyətlərini fərd termini, sosial varlıq kimi
psixoloji keyfiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər.
Fərd - insаn nəslinin özünəməхsus ümumi, spеsifik cəhətləri özündə birləşdirən аyrıcа
nümаyəndəsidir. Dеməli, fərd cəmiyyəti və sоsiаl qrupu təşkil еdən nümаyəndələrdən biri kimi
özünü göstərir. Fərd – özünəməхsus psiхоlоji хüsusiyyətləri оlаn, hеç kəsə охşаmаyаn təbii
vаrlıq dеməkdir. Fərd həm biоlоji, həm sоsiаl, həm də psiхi tərəflərə mаlikdir. Yəni biz fərd
dеdikdə, burаyа yеnicə dоğulmuş körpəni, yаşlı аdаmı və аğıldаnkəm, еlеmеntаr vərdişləri
bеlə mənimsəyə bilməyən аğılsızlаrı dа аid еdə bilərik.
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə
çevrilir. “Şəxsiyyət” sözü Azərbaycan, rus və ingilis dillərində faktiki olaraq eyni
etimologiyaya malikdir. Azərbaycan dilində “şəxsiyyət” sözü öz əsasını ərəb sözü olan “şəxs”
sözündən götürmüş və hər hansı bir konkret şəxsi simanı bildirir. Rus dilində “şəxsiyyət”
(liçnоst) sözü də “litso”, “ liçinа” (özü, sifət) sözləri ilə bağlıdır. İngilis dilində şəxsiyyət
mənasını ifadə eliyən “personality” sözü öz əsasını iki latın sözündən – “per” və “sona”
sözlərindən götürmüşdür ki, bu da bir növ “vasitəsilə danışır” mənasını ifadə edir. Sonralar
qədim Yunanıstanda və Roma imperiyasında bu sözlər aktyorun teatr tamaşasında istifadə
etdiyi “maskanı” bildirirdi. Yalnız xeyli vaxt keçdikdən sonra persona sözü hazırki dövrdə
daşıdığı mənanı yəni “personality” - “şəxsiyyət” mənasında işlənməyə başlanmışdır.
Qeyd edilənlərdən göründüyü kimi insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun
siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz
onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından
fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi
deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin şəkli olması tələb
edilir. Bununla yanaşı bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın,
vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri-verbal
yolla da, zəngin mimiki imkanlarımızın köməyi ilə ünsiyyətə girmək imkanı verir. Dolayı
mənada insan şəxsiyyəti onun “ruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün
“sifətidir”. İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun