Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 29
Bağlı suala misal: (alternativləri göstərilir)
- Səni öz müvəffəqiyyətin qane edirmi ?
a) çox qane edir
b) qane edir
c) o qədərdə qane etmir
d) qane etmir
e) tamamilə qane etmir.
Açıq suala misal: (alternativlər göstərilmir, o qədərdə məhdudiyyət olmur)
- Hal-hazırda səni hansı məsələlər daha çox düşündürür ?
- Müasir olmağı sən necə başa düşürsən ?
Bağlı sualların cavabını işləmək və şərh etmək asandır, lakin bu respondentə azadlıq
vermir. Açıq sualların cavabları isə müxtəlif olur və üzərində işləmək çətin olur. Buna görədə
anketdə adətən yarımbağlı suallardan istifadə olunur. Misal
- Boş vaxtlarımda mən adətən...
a) televizora baxıram
b) sinif yoldaşlarımla ünsiyyətdə oluram
c) kitab oxuyuram
d) idmanla məşğul oluram.
Bir başa sual: “Sən kinoya tez-tezmi gedirsən?.
Dolayı sual: “Say görüm bu ayda hansı filmləri görmüsən?
Dolayı suallara nisbətən birbaşa suallara respondent daha həvəslə cavab verir.