Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 28
Latans və Darlinin adamların bir-birinə kömək etməsi fenomenini həm laborator, həm də
çöl eksperimentləri şəraitində öyrənmişlər. Hər iki eksperimentin nəticəsi təxminən eyni
olmuşdur. Öz-özünə sual əmələ gəlir: əgər çöl eksperimentləri tədqiqatın xarici validliyini
tədqiqatın xarici validliyini təmin etmək üçün əlverişlidirsə, onda laborator eksperimentinə nə
dərəcədə ehtiyac var? Olmaz ki, laborator eksperimentləri aparılmasın, elə çöl eksperimentləri
təşkil olunsun.
Çöl eksperimentlərində situasiyaya, ilk növbədə, xarici kəmiyyətlərə qədərincə nəzarət
etmək olmur. Bu baxımdan laboratoriya eksperimentləri əvəzsizdir. Ancaq bununla belə,
laboratoriya eksperimentlərindən fərqli olaraq çöl eksperimentində onun iştirakçıları
eksperiment aparıldığını hiss etmirlər, onları təbii hadisələr kimi qavrayırlar. Real həyatı çöl
eksperimenti vasitəsilə daha yaxşı dərketmək olur. Bu baxımdan laboratoriya və çöl
eksperimentlərindən hər birinin öz xüsusiyyətləri var. Onlar bir-birini nəinki inkar etmirlər,
əksinə yeni materiallarla bir-birini tamalayırlar. Latans və Darlinin təcrübəsi bunu aydın
şəkildə sübut edir.